Azərbaycanda turizm sektorunun zəifləməsinin - SƏBƏBLƏRİ - İQTİSADÇI AÇIQLADI

“Azərbaycana gələn xaricilərin sayının azalması birbaşa pandemiya ilə bağlıdır. Nəzərə alsaq ki, pandemiya səbəbindən Azərbaycan praktik olaraq digər ölkələr kimi uzun müddət quru və hava qüvvələrini dayandırmalı oldu. İstisna olaraq isə yalnız reyslər həyata keçirildi. Hətta bir müddət İstanbul üzərindən belə reyslər olurdu”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalar çərçivəsində Azərbaycana səfər etmək mümkün olub: “Bu baxımdan Azərbaycanın turizm potensialı kifayət qədər böyükdür. Əgər pandemiya olmasaydı, 2020-ci ildə də və 2021-ci ilin yarısında da Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunacaqdı. Təəssüf ki, pandemiya və demək olar ki, bütün ölkələrdə tətbiq olunan sərt karantin tələbləri turizm sektoruna, o cümlədən də Azərbaycana gələn turistlərin sayına birbaşa təsir göstərdi”.Vüqar Bayramov sözlərinə belə davam edib: “Bütövlükdə qlobal olaraq turizm sektorunda azalmalar müşahidə olunur. Pandemiyanın ən çox mənfi təsir etdiyi sektorlardan biri məhz turizm sektorudur. Amma post-pandemiya dövründə Azərbaycanda yenidən ölkəyə gələn turistlərin sayının artması və turizm sektorunun canlanacağı gözlənilir. Çünki, potensial böyükdür. Xüsusən də, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, Azərbaycanda gəlmə turizmin imkanlarını genişləndirəcək və daxili turizm üçün yeni imkanlar yaradacaq. Bu baxımdan pandemiya ölkəyə gələn turistlərin sayının azaldılmasına səbəb olsa belə, post-pandemiya dövründə Azərbaycana daha çox turistlərin gələcəyi planlaşdırılır”.

sia.az