PDF Oxu

İqtisadiyyat

  • 2 946

“Bu heç bir ciddi arqumentə əsaslanmır” - İQTİSADÇIDAN AÇIQLAMA

image

“Son dövrlər sosial şəbəkələrdə və bir sıra internet portallarında Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatlar yayılır. Amma yayılan xəbərlərdə bu mövqeni gücləndirən və ya isbat edən arqumentlər göstərilmir və sadəcə ümumi fikirlərə üstünlük verilir. Halbuki, biz son illər struktur islahatlarının genişlənməsini müşahidə edirik. Qeyri-neft sektorunun inkişafı ilə bağlı keçirilən tədbirlərinin önündə həmçinin strukturun daha təkmilləşdirilməsi durur. Azərbaycan Milli Məclisin VI çağırışı eyni zamanda məclisin idarəedilməsində dəyişikliklər və parlament stukturunun yeniləşməsi ilə yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, aydındır ki, referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə əsassız məlumatların yayılması müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir: “Son beynəlxalq hesabatlar da göstərir ki, Azərbaycanda dövlət idarəetməsində çeviklik artırıb və fərqli dövlət qurumları bir-birinin fəaliyyətini tamamlayır və idarəetmədə səmərəlliyin daha da yüksəlməsi müşahidə olunur”.

“Parlamentin uzun müddətli fəaliyyəti göstərir ki, Milli Məclisin mövcud say tərkibi və stukturu səmərəli idarəetmə üçün məqbuldur. Digər tərəfdən, xüsusən son çağrışdan sonra Milli Məclisdə islahatların genişlənməsi müşahidə olunur. Statistika göstərir ki, qanunvericilik təşəbbüslərində, qanun layihələrinin müzakirəsində intensivlik daha da artıb və deputat fəallığının da yüksəlməsi qeydə alınıb”.

Vüqar Bayramov sözlərinə belə davam edib: “Biz mütəmadi olaraq öz dairəmizdə vətəndaşlar ilə görüşüb onları qayğılandıran məsələləri mərkəzi idarəetmə orqanlarına təqdim edirik, mətbuatda gündəmə gətiririk. Vətən müharibəsi və pandemiya dövründə də millət vəkili kimi fəallığı artırmağa çalışmağımız da məhz Milli Məclis qarşısında müəyyənləşdirilən yeni hədəflərin nəticəsidir”.

“Bu baxımdan, konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə məlumatlar əsassızdır və heç bir ciddi arqumentə əsaslanmır”.

Ayşən Vəli

Digər xəbərlər