Prezident İlham Əliyevin Sərəncamı ilə Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)-Padar avtomobil yolunun tikintisinə 1,1 milyon manat ayırması bu siyasətin göstəricisidir
Prezident İlham Əliyev Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)-Padar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)-Padar avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,1 milyon (bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.Dövlət başçısı son 18 illik prezidentlik fəaliyyəti dövründə ardığıl olaraq bütün sahələrdə olduğu kimi, yol infrastrukturu da prioritetdir.
"Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil"
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub. "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil" - deyən Azərbaycan Prezidenti buna nail olmaq məqsədilə yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə diqqət ayırır.Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir.Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir.
Dövlət başçısının imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir
Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Ölkə başçısının tapşırığı ilə son 18 ildə yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində həyata keçirilən layihələr öz bəhrəsini verir. Regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsi, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxaran kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətdə genişmiqyaslı işlər aparılır. Kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsi, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçirilir.Görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (6 km)-Padar avtomobil yolunun tikintisinə 1,1 milyon manat ayırılması ilə bağlı imzaladığı Sərəncam da bir daha dövlət başçımızın bölgələrin sosial-iqtisadi inkişafına qayğısının təzahürüdür.Azərbaycanda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında bütün ölkə üzrə müasir infrastrukturun yaradılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Son illərdə inşa edilən müasir yollar həm bölgələrin simasını dəyişib, həm də regionların investisiya cəlbediciliyini yüksəldib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan yollardan istifadə edən investorlar iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Müasir yolların sosial önəmi də kifayət qədər böyükdür. Bu, insanların rahatlığı, yetişdirdikləri məhsulları bazarlara tez çatdırmaları, bir sözlə, vətəndaş məmnunluğunun təmin olunması deməkdir.
İşğaldan azad edilmiş ərazilərdə yaradılan yol infrastrukturu Azərbaycanı yeni nəqliyyat qovşağına çevirir
Bu gün dövlətin qarşısında duran ən əsas vəzifələrdən biri də işğaldan azad olunan torpaqlarda bərpa və quruculuq işlərinin aparılmasıdır. Azərbaycan Prezidentinin dediyi kimi, bu işlər planlı şəkildə həyata keçirilir. İlk növbədə, işğaldan azad olunmuş bölgələrdə yol infrastrukturunun bərpası və yeni yolların çəkilməsi. Belə ki, Füzuli rayonunda bu yaxınlarda ölkə başçısı tərəfindən təməli qoyulan yeni aeroportun tikintisi sürətlə gedir. Paralel olaraq Şuşa şəhərinə iki avtomobil yolu salınır, hansı ki, birinin adını cənab Prezident “Qələbə yolu” adlandırmışdır. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək ki, bu da xaricdə yaşayan azərbaycanlılar, həmçinin, digər ölkələrin vətəndaşları Qarabağa rahat gəlmək imkanına malik olacaqlar. Ərazilərin bərpa olunması üçün ilkin olaraq dövlət tərəfindən 2,2 milyard manat investisiya ayrılmışdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu, elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir. Bütün bunlar əlbəttə, tez bir zamanda Qarabağın yenidən Azərbaycanımızın dilbər guşəsinə çevrilməsini və insanlarımızın şad, firavan yaşamasını təmin edəcəkdir.Beləliklə, iğaldan azad edilmiş bölgələrimizdə ilk olaraq yol-nəqliyyat infrastukturunun yenidən qurulmasına, təkmilləşdirilməsinə xüsusu diqqət göstərilməsi bu ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadəni təmin edəcək ki, bu da öz növbəsində ölkəmizin dayanıqlı inkişafına böyük dəstəkdir.Bir sözlə, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, heç bir qüvvə ölkəmizin nüfuzunu sarsıda bilməz. Çünki dövlərimiz Ulu öndər ideologiyası və Onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir. Dövlət başçımızın dediyi kimi: «Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək».
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...