PDF Oxu

İqtisadiyyat

  • 4 259

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 6-da 70,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

Digər xəbərlər