PDF Oxu

İqtisadiyyat

  • 3 693

Ağdam rayonunda 351 hektar sahədə təkrar əkin aparılıb

Ağdam rayonunda 351 hektar sahədə təkrar əkin aparılıb

Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ağdamlı fermerlər avqustun 1-dək 351 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 333 hektarını və ya 94,9 faizini yem bitkiləri, 18 hektarını və ya 5,1 faizini tərəvəz bitkiləri təşkil edir. Yem bitkilərinin 251 hektarı silos üçün qarğıdalı, 37 hektarı sorqo, 45 hektarı darı bitkisidir.Bundan başqa, Ağdam rayonunda payızlıq yem bitkiləri və dənlilərin səpilməsi üçün 4080 hektarda şum qaldırılıb.
AZƏRTAC

Digər xəbərlər