PDF Oxu

İqtisadiyyat

  • 3 230

Şamaxıda ötən ildəkindən 35 min 709 ton çox taxıl istehsal olunub

Şamaxıda ötən ildəkindən 35 min 709 ton çox taxıl istehsal olunub

Şamaxı rayonunda taxıl biçini kampaniyası başa çatıb və zəmilərdən 69 min 997,7 ton məhsul götürülüb.Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 33 min 152,6 hektar zəminin taxılı biçilıb. Bunun 22 min 864,5 hektarı buğda, 10 min 288,1 hektarı isə arpa olub. Cari mövsümdə istehsal olunan taxıl ötənilki göstəricidən 35 min 709 ton çoxdur. Rayonun əksər ərazilərində, xüsusilə Qızmeydan, Çuxuryurd, Məlhəm kənd, Şəhriyar qəsəbə inzibati ərazi dairələrində fermerlər və fiziki şəxslər yüksək məhsuldarlığa nail olublar.Hazırda hər yerdə payızlıq əkinlər üçün yay şumu çıxarılır. Hər gün sahələrdə 20-30 şum traktoru işləyir.
AZƏRTAC

Digər xəbərlər