PDF Oxu

İqtisadiyyat

  • 4 254

Neft məhsullarının ixracı artıb

Neft məhsullarının ixracı artıb

Yanvar-iyul aylarında ölkədən 861,6 min ton xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha çox olan məhsullar ixrac edilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, ixrac edilən məhsulların dəyəri isə 393,7 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2020-ci ilin müvafiq aylarında Azərbaycandan 705,7 min ton çox neft məhsulları ixrac edilmiş, həmin ixracın dəyəri 194,4 milyon dollar olmuşdu.

Digər xəbərlər