“Azərbaycanın və Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən birinə çevrilmiş Sumqayıt şəhəri ümumi inkişafımıza öz dərin töhfələrini verməkdədir. Cənab Prezidentin Sumqayıta olan xüsusi diqqət və qayğısı sayəsində bu şəhər özünün yeni iqtisadi inkişaf mərhələsinə daxil olmuş, genişmiqyaslı abadlıq və qurucluq işləri şəhərin simasını büsbütün dəyişdirmiş və Sumqayıt hazırda ölkəmizin ən gözəl və yaraşıqlı məkanlarından birinə çevrilib. Hazırda Sumqayıt yüksək sənaye potensialına malik, iri sənaye komplekslərinin cəmləşdiyi innovasiya mərkəzidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin və digər mühüm infrastruktur və sənaye müəssisələrinin açılışında iştirakı Sumqayıtın strateji əhəmiyyətli sənaye şəhəri olmasını bir daha təsdiqləyir: “Şəhərin sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər tez bir zamanda öz müsbət nəticəsini göstərmişdir. Son illərdə xarici investisiyaların cəlb edilməsi Sumqayıtda iri layihələrin həyata keçirilməsinə və müasir sənaye sektorunun əsas ağırlıq mərkəzinə çevrilməsinə səbəb olubdur. Bu gün Sumqayıt dünya səviyyəli, rəqabətədavamlı məhsul istehsal edən, ən qabaqcıl texnologiyaları tətbiq edən sənaye texnoparkları ilə məşhurdur. Azərbaycanın ilk sənaye parkı da məhz bu şəhərdə yaradılıb və dünya bazarlarına ən keyfiyyətli məhsulların ixracı sənayeləşmənini daha da inkişafına geniş şəriat yaradıb. Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib. Parkda 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və onlardan 17-si istehsala başlayıb. Növbəti mərhələdə daha 7 rezidentin fəaliyyətə başlaması nəzərdə tutulur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz daha çox məhsul istehsal edilib və 47 faiz daha çox ixrac həyata keçirilib. Ötən gün istifadəyə verilən “Azmonbat” MMC Sumqayıtın sənaye gücünü daha da artıracaq, şəhərin iqtisadi inkişafına əlavə maliyyə resurslarının cəlb edilməsinə səbəb olacaq və Sumqayıtda qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq”.
Aydın Hüseynov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Sumqayıtda istifadəyə verilən digər mühüm inzibati dövlət binalarının, infrastruktur obyektlərinin inşası bu şəhərin sosial-iqtisadi həyatında yeni imkanlar acmış olacaq: “Cənab Prezidentin açılışını etdiyi Sumqayıt Məhkəmə Kompleksi məhkəmə sistemində aparılan islahatların mühüm bir hissəsi olmaqla vətəndaş məmnunluğu və vətəndaşlara keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt Məhkəmə Kompleksinin inşası “Bir qapı” prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi olmaqla, həm də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcəkdir. “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı isə şəhərin enerji təminatını daha da möhkəmləndirəcək, ətraf bölgələrə elektrik enerjisinin paylanmasına səbəb olacaq. Həmçinin, Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlinin qoyulması şəhə əhalisinin mənzil təminatını yaxşılaşmasına öz töhfəsini verəcəkdir”.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...