İqtisadiyyat

  • 2 771

“Bu, ölkəmizin iqtisadi gücünü göstərən faktorlardandır” İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

image

Bütövlükdə yolların təmiri, eyni zamanda yeni yolların salınması iqtisadiyyatın inkişafının dəstəklənməsi baxımından vacibdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Millət vəkilinin sözlərinə görə, nəzərə alaq ki, dünyada inkişaf etmiş bütün ölkələrdə nəqliyyat-loqistik şəbəkə inkişaf edib və bu da ondan xəbər verir ki, ölkə iqtisadiyyatının inkişaf etməsi eyni zamanda nəqliyyat-loqistik, o cümlədən avtomobil yollarının beynəlxalq standartlara uyğun olaraq qurulmasına imkan yaradır.“Təbii ki, yolların təmiri, eyni zamanda yeni yolların salınması bir tərəfdən həm sürücülərin daha rahat şəkildə həmin yollardan istifadə etməsinə imkan verir, digər tərəfdən isə imkan verir ki, ölkə iqtisadiyyatındakı inkişaf tempinin daha yaxından təşviq etmək mümkün olsun. O baxımdan, təbii ki, yeni yolların təmiri ilə bağlı və bütövlükdə yol nəqliyyatına vəsaitin ayrılması həm Bakı şəhərində, eyni zamanda bölgələrimizdə nəqliyyat və loqistik infrastrukturun daha da inkişaf etməsinə imkan yaradır. Bu təbii ki, birmənalı şəkildə iqtisadiyyatın inkişafı, eyni zamanda kiçik və orta sahibkarların, o cümlədən özəl sektorda çalışanların istehsal etdikləri məhsul və xidmətlərin həm ölkə daxili, həm xarici bazara daha rahat şəkildə çıxarılması baxımından əlverişlidir.Eyni zamanda təbii ki, yolların yenidən qurulması həm də vətəndaşlarımızın, eləcə də sürücülərin məmnunluğu baxımından da vacib hesab olunur. Çünki, nəticə etibarı ilə həmin yollardan sahibkar olan vətəndaşlarımız, eyni zamanda digər vətəndaşlarımız istifadə edir. Bu da təbii ki, sürücü məmnunluğunun artırılması baxımından vacibdir. Bütövlükdə yolların yenidən qurulması və bütövlükdə nəqliyyat və loqistika infrastrukturunun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi gücünü göstərən faktorlardan biridir”, deyə Vüqar Bayramov bildirib.

sia.az

Digər xəbərlər