İqtisadiyyat

  • 1 795

"Azərbaycan hökuməti tərəfindən bir çox addımlar atılıb" - İQTİSADÇI AÇIQLADI

image

“Bildiyimiz kimi yol mədəniyyətdir, iqtisadiyyatdır. 9 sentyabr tarixində ölkə başçısı Binəqədi rayonunda avtomobil yollarının yenidən qurulması ilə bağlı sərəncam imzaladı”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bu kimi addımlar həm yaşayış infrastrukturunun, həm də iqtisadi infrastrukturun inkişaf etdirilməsində, insanların mənzillərə çatdırılmasında digər daşıma fəaliyyətlərinin təkmilləşdirilməsində önəmli töhfə verən məsələlərdəndir: “Qeyd edim ki, Bakı şəhərinin Binəqədi rayonu ərazisində artıq yol infrastrukturunun qurulması demək olar ki, bitib. Xüsusilə Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində yerləşən avtomobil yollarının yenidən qurulması həyata keçiriləcəkdir. Həmin ərazilərdə Azərbaycan hökuməti tərəfindən bir çox addımlar atılıb. Düşünürəm ki, regionların inkişafı ilə bağlı, yol infrastrukturunun inkişafı ilə bağlı Azərbaycan hökuməti tələb olunandan qat-qat artıq vəsait-investisiya qoyuluşunu həyata keçirir”.

Digər xəbərlər