Ermənistan ərzaqla özünü təmin edə bilmir

Ərzaq tədarükünə görə Ermənistan Avrasiya İqtisadi Birliyində sonuncu yerdədir

Qeyd edək ki, ərzaq tədarükünə görə Ermənistan Avrasiya İqtisadi Birliyində sonuncu yerdədir. Maraqlıdır ki, ÜDM-də kənd təsərrüfatının ən böyük payına sahib olan Ermənistan, ərzaqla özünü təmin edə bilmir. Bildirək ki, bu gün təşkilatda Belarus özünü ən çox təmin edən ölkədir və demək olar ki, bu ölkə ərzaq tədarükünün 90 faizini verir.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyində üzv ölkələrin kənd təsərrüfatı dövriyyəsində təxminən 315 milyon hektar torpaq sahəsi və ümumi bazarın təxminən 183 milyon istehlakçısı var. Məsələ bundadır ki, birliyə üzv ölkələr arasında kənd təsərrüfatının ÜDM -də ən böyük payı Ermənistana - 13,3 faiz və - 12,3 faizlə Qırğızıstanadir. Ermənilərin “NEWS.am” saytı xəbər verir ki, ərzaq ehtiyatlarına görə lider olan Belarusiyada bu rəqəm təxminən 8, Qazaxıstanda 4,3, Rusiyada isə 4 faizdir.

Birliyə üzv dövlətlər öz istehsalı ilə buğda, bitki yağı, yumurta və şəkərə olan daxili tələbatı tam ödəyir və quş əti, donuz əti, süd, həmçinin meyvə və giləmeyvə ilə özünü təmin etmək üzrədir.

Qida özünü təmin etməyin ən yüksək səviyyəsi Belarusda - 89,7, ondan sonra Rusiyada - 88,2, sonra Qazaxıstanda - 83,8 faizdir.

Burada Ermənistana gəlincə isə, bu ölkədə özünü təmin etmə səviyyəsi birliyə üzv dövlətlər arasında sonuncu yerdədir, yəni - 72,9 faizdir.

Yeri gəlmişkən bildirək ki, 2021 -ci ilin birinci yarısında Avrasiya İqtisadi Birliyi ölkələri 33,7 milyard dollarlıq kənd təsərrüfatı məhsulları istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

Ağasəf Babayev