İran-Ermənistan ticarətinin böyük həcmini təşkil edən bu yükdaşımalar artıq dayanıbdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.Politoloq vurğulayıb ki, İranla Ermənistan arasında dəmir yolu yoxdur, ancaq avtomobil yoludur və bir avtomobil yolu var, bu da Goruş-Qafan istiqamətində iki yerdə Azərbaycan ərazisinə daxil olur.“Azərbaycan İran yük maşınlarının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olma, ora yük daşıma faktlarını ortaya qoydu. Daha sonra İrana etiraz notası verildi və Rusiya Müdafiə Nazirliyinə məktub yazıldı. Bu faktı artıq qeyd edəndən sonra, cənab Prezidentin də qeyd etdiyi kimi müharibədən sonra yeni geosiyasi reallıq yaranıb və bu yeni geosiyasi reallığın yeni göstəricilərindəndir ki, Azərbaycanın əlində artıq bu resurslar var və demək olar ki, İran-Ermənistan ticarəti məhs buna görə zərər görür. Yəni, faktiki olaraq dayanıb. Çünki, alternativ bir yol var, o da dağlar arasında aşırımlar olan yoldur və ora hər maşın girə bilmir. Mən yol infrastrukturuna yanaşmanı və resurs nisbətini göstərmək istəyirəm. Bir tərəfdən Azərbaycan 5-6 ay ərzində Füzulidən Şuşaya zəfər yolu çəkib qurtarıb, amma Ermənistan alternativ yolu nəinki tikib qurtarıb, buna heç başlamayıb da. Bu da Katex dağlarından çəkilmə yoldur ki, orada heç normal maşınlar da, kiçik həcmli maşınlar da keçə bilmir.Azərbaycan artıq adekvad addımlar görübdür, İran-Ermənistan ticarəti, Ermənistana gedən bütün yük maşınları dayandırılıbdır. Əlbəttə ki, bu adekvat addımdır. Təsadüfi də deyil ki, İran səfiri son iki gün ərzində iki dəfə cənab Prezidentin köməkçisi ilə görüşübdür və onlar artıq narahatlıq hissini nümayiş etdirirlər”, deyə Fərhad Məmmədli bildirib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...