İqtisadiyyat

  • 826

Qazaxıstanın Manqistau bölgəsi ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi artıb

image

Qazaxıstanın Manqistau vilayətinin akimi (qubernatoru) Nurlan Noqayev Azərbaycanın Aktaudakı baş konsulu Elmar Məmmədovla görüşüb.

Bu barədə Manqistau vilayətinin icra başçısının mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Mangistau bölgəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, investisiya imkanları və regionlararası sahibkarlığın inkişafı perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycanın Mangistau bölgəsinin xarici ticarət əlaqələrində mühüm rol oynadığı xüsusilə vurğulanıb.
Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 23,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,7 faiz çoxdur.
Bu ilin yanvar-iyul aylarında Manqistau bölgəsindən Azərbaycana ixrac dövriyyəsi 19,8 milyon ABŞ dolları təşkil edib.
Mangistau vilayətində iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan kapitalının iştirakı ilə 212 müəssisə qeydiyyatdan keçib. Bu gün Aktau və Bakı aviasiya, dəmir yolu, avtomobil və dəniz nəqliyyat şəbəkələrinin bir yerdə cəmləşdiyi böyük nəqliyyat və logistika mərkəzlərinə çevrilib.
Görüşün sonunda tərəflər birgə layihələrin həyata keçirilməsində fəal iştirak etmək və ikitərəfli əlaqələrin inkişafı üçün yeni formalar axtarmaq barədə qərar qəbul ediblər.

yap.org.az

Digər xəbərlər