İqtisadiyyat

  • 1 657

SOCAR-dan humanistlik

image

SOCAR Gürcüstanda böyrək çatışmazlığından əziyyət çəkən insanlara pulsuz dərman vasitələri təqdim edib

SOCAR şirkəti Gürcüstanın Marneuli rayonunda böyrək çatışmazlığından əziyyət çəkən insanlara dərman vasitələri yardımı edib.SIA AZƏRTAC-a istinad edərək bildirir ki, bu barədə "Gürcüstan Azərbaycanlılarının Əlillər Assosiasiyası"nın sədri Rövşən Əliyev məlumat verib.Onun sözlərinə görə, şirkət dializ xəstələrinə "Calciumacetat Netro 700" dərman peraparatını assosiasiyanın vasitəçiliyi ilə pulsuz təqdim edib.Peraparatlar xəstələrə sentyabrın 20-də Marneulinin Rayonlararası Mərkəzi Xəstəxanasında və "Tea House"də təqdim edilib.Rövşən Əliyev bildirib ki, dərmanlar Kvemo Kartlidə böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlara paylanılır.Qeyd edək ki, təqdim olunan dərman peraparatı ümumilikdə 176 nəfər dializdən əziyyət çəkən şəxslərə verilir və bu dərmanlar onların ehtiyacını 3 ay qarşılayacaq.

sia.az

Digər xəbərlər