İqtisadiyyat

  • 599

Kömürün qiyməti 13 ildə pik həddə çatır

image

2022-ci ildə çatdırılma ilə kömürün qiyməti 2008-ci ildən bəri tonuna görə 137 dollar olmaqla ən yüksək səviyyəyə qalxır. SİA xəbər verir ki, bu barədə Bloomberq məlumat yayıb.

ICE Futures ticarət məlumatlarına görə, 2022-ci ildə tədarük üçün kömürün orta qiyməti bir ton üçün 137 dollar olacaq. Bloomberq xəbər verir ki, bu, 2008-ci ildən bəri ən yüksək xammal qiymətidir.

Agentlik qeyd edib ki, qazın qiymətinin artması səbəbindən elektrik stansiyalarından və kommunal xidmətlərdən kömürə tələbat artıb. Eyni zamanda, kömür ehtiyatları olduqca aşağıdır və onun Avstraliya, Cənubi Afrika, eləcə də Kolumbiyadan ixracı çətindir və Rusiyadan tədarük kifayət qədər deyil.

Xatırladaq ki, Avropada qazın qiyməti son həftələrdə kəskin artıb. Bir ay əvvəl, TTF indeksi üzrə ən yaxın qaz fyuçerslərinin təxmini qiyməti min kubmetr üçün 500 dolları bir qədər aşmışdı və sentyabrın 15-də fyuçerslərin qiyməti artıq min kubmetr üçün 960 dollardan yuxarı tarixi rekorda yüksəlirdi.

Digər xəbərlər