PDF Oxu

İqtisadiyyat

  • 3 536

Qazın qiyməti tarixi maksimumunu yeniləyib

Qazın qiyməti tarixi maksimumunu yeniləyib

İkinci dəfədir ki, Avropa bazarında qazın qiyməti tarixi maksimumunu yeniləyib. SİA xəbər verir ki, bu barədə “ICE Futures” birjası məlumat yayıb.Məlumata görə, beləliklə, Hollandiyanın TTF indeksi (ən likvid Avropa mərkəzi) üzrə noyabr fyuçersləri günə 1050 dollardan bir qədər yuxarı bir səviyyədə başlayıb. Qeyd olunur ki, ancaq bir neçə dəqiqədən sonra, Moskva vaxtı ilə saat 09: 16-da min kub metri üçün 1,076 dollar olmaqla başqa bir rekord qoyublar və saat 09: 47-də isə bu rəqəm 1101 dollara yüksəlib.Əvvəlki rekord bir gün əvvəl, qazın min kubmetri üçün 1060 dollardan yuxarı qalxdığı zaman qeydə alınıb.Xatırladaq ki, Avropada yanacağın qiyməti son həftələrdə sürətlə artıb. Əgər avqustun əvvəlində fyuçerslər min kubmetr üçün 515 dollardan ticarət edirdisə, bir ay sonra qiymət artıq 614 dollara yüksəlib və sentyabrın sonunda bu rəqədm iki dəfə artıb.Mütəxəssislər bu artımı, Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsinin aşağı olması, əsas təchizatçılardan məhdud təchizat və Asiyada LNG -yə yüksək tələbat olması ilə bağlı bir neçə faktorla əlaqələndirirlər.

sia.az

Digər xəbərlər