Bakıda əhalinin ortalama nə qədər əməkhaqqı aldığı açıqlanıb. SİA xəbər verir ki, Bakı Şəhəri Statistika İdarəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-iyul aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 0,1 faiz azalaraq 948,0 manat olub.
2021-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6 faiz artaraq, 2758,0 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2101,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,2 faizini təşkil edib.
2021-ci ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 faiz artaraq 334,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 293,0 milyon manat olub ki, bu da ümumi dövriyyənin 87,6 faizini təşkil edib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...