Avropada qazın qiymətləri kubmetr üçün 2 min dollar səviyyəsinə çatana qədər art mağa davam edəcək. SİA xəbər verir ki, bu sözləri Norveç “Rystad Energy” konsaltinq şirkətinin Qaz Bazarları Departamentinin vitse-prezidenti Sindre Knutsson RİA Novosti-yə bildirib.

Qeyd edək ki, çərşənbə günü Avropada qazın qiymətləri yenidən rekord həddə çatıb və min kubmetr üçün 1900 dolları keçib, lakin bir qədər sonra yenidən 1325 dollara düşüb. Avropa İttifaqında "mavi yanacaq" və topdan elektrik enerjisinin qiymətləri rekord qırır və bütün bunlar AB sakinləri və müəssisələri üçün elektrik enerjisinin dəyərini artırır.
"Avropa Komissiyası bu yaxınlarda yüksək qiymətlərin ev təsərrüfatlarına və sənayeye təsirini məhdudlaşdırmaq üçün bir plan açıqlayacağını bəyan edib. Bu, qış boyunca tələbatı dəstəkləyə bilər. Bununla yanaşı, Çin də aparıcı enerji şirkətlərinə enerji təchizatını nəyin bahasına olursa olsun təmin etmək əmr edilib", deyə Knutsson bildirib.
Onun sözlərinə görə, qiymətlər artmağa davam edə bilər və min kubmetr üçün 2 min dollar səviyyəsinə də çata bilər.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...