İqtisadiyyat

  • 2 071

“Maaşların yüksəldilməsi istiqamətində atılan addımlar ciddi işlərdir" - ŞƏRH EDİLDİ

image

“Möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, bugünlərdə cənab Prezident tərəfindən əhalinin sosial rifahının daha da gücləndirilməsinə yönəlik sərəncamını ölkə ictimaiyyəti yüksək dəyərləndirir: “Bu bir gerçəklikdir ki, bu gün dünya qlobal problem olan COVİD-19-la bərabər, eyni zamanda maliyyə böhranı ilə mübarizə aparır. Qeyd etmək lazımdır ki, on ilə yaxındır ki, dünyanı bürüyən maliyyə böhranı pandemiya dönəmində hətta ən inkişaf etmiş ökələrdə belə ciddi problemlər yaratmışdır. Sözsüz ki, dünyanın bir parçası olan ölkəmiz də bu problemlərdən yan keçmədi.Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda bu iki problemlə bərabər uzun illərdir ki, üzləşdiyimiz məlum Qarabağ münaqişəsi və ondan qaynaqlanmış problemlər, son olaraq ötən il işğal altında olan torpaqlarımızın azad olunması uğrunda apardığımız və möhtəşəm Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi və bu müharibədən yaranmış yeni problemlər ölkəmizdə əlavə problemlər yaratmışdır. Nəzərə alsaq ki, Böyük Qayıdış üçün azad olunmuş torpaqlarda aparılan quruculuq işləri dövlət üzərində çox ağır yükdür. Bütün bunlara baxmayaraq, dövlət başçısının həyata keçirdiyi siyasətin təməlində əsas istiqamət hətta ən çətin vəziyyətlərdə belə ilk növbədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və həssas qrupun üzləşəcəyi problemin minimuma endirilməsi dayanıb. Bu mənada cənab Prezidentin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasının təmin edilməsi məqsədi daşıyır. Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır”.Məlahət İbrahimqızı fikirlərinə davam edərək həmçinin qeyd edib ki, sərəncam aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi və onların gəlirlərinin artırılması istiqamətində atılan addımların uzlaşdırılmasını bir növ tənzimləyir: “Məlumdur ki, bugün bütün dünya ölkələrində, hətta Avropanın inkişaf etdiyi ölkələrdə enerjidən tutmuş ərzağa və daşınmaz əmlakadək çox ciddi bahalaşma gedir. Sözsüz ki, bunlar bizim ölkəmizə də təsir edir. Bu səbəbdən cənab Prezidentin qəbul etdiyi bu qərar vətəndaşına, onun sosial qrupuna olan diqqət və qayğının nəticəsidir. Məhz sərəncamdan irəli gələrək Nazirlər Kabinetinə əmək haqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün konkret təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Qeyd edim ki, artıq sərəncamdan irəli gələn təkliflərin hazırlanmasına başlanıb. Qeyd etmək lazımdır ki, sosial ödənişlərdə növbəti artımların edilməsini nəzərdə tutan bu sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin cənab Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunu bir daha təzahür etdirir. Bildiyimiz kimi sosial sahədə aparılan islahatlar xüsusilə son illərdə inqilabi xarakter alıb.Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlərin, pensiya və əmək haqlarının ciddi şəkildə artımı təmin edilib, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezident tərəfindən verilən təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunlaşdırılmasında ciddi irəliləyişdir. Ümumilikdə isə son üç ildə ölkəmizdə fərman, sərəncam, qanun və s. daxil olmaqla qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub və sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb. Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” bu yeni sərəncam ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını, sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların növbəti mərhələsinə keçidi təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.Bildiyimiz kimi dünyada baş verən məlum problemlərə görə enerji daşıyıcılarının qiymətlərinin artması qaçılmazdır. Əlbəttə ölkəmizdə də yeni tariflərin tətbiqi zərurətdir. Məhz bu sərəncamın da mahiyyəti əslində təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə bərabər, eyni zamanda maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır. Bu isə Azərbaycan vətəndaşının və onun rifahının hər zaman dövlət siyasətinin mərkəzində dayandığını bir daha sübut edir”.

Abutel İlhamqızı

Digər xəbərlər