İqtisadiyyat

  • 1 907

Sosial xidmətlərlə bağlı elektron portaldan 7,4 milyon dəfə istifadə edilib

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2021-ci ilin 9 ayında da artmaqda davam edərək oktyabrın 1-nə 984 minə çatıb.Nazirlikdən SİA-ya verilən məlumata görə, 2018-ci ilin son aylarında istifadəyə verilən e-sosial.az portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlara çıxış və hüquqların yarandığı təqdirdə 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Portalın daha əlçatan olmasına şərait yaradılması üçün portalın “Android” və “İOS” əməliyyat sistemlərindəki versiyaları da fəaliyyət göstərir.Ölkənin sosial reyestri olan e-sosial.az portalından bu ilin yanvar-sentyabr aylarında 7,4 milyon dəfə istifadə edilib.

sia.az

Digər xəbərlər