PDF Oxu

İqtisadiyyat

  • 1 774

Şəkidə sənaye məhsulu istehsalı 51,4 faiz artıb

Şəkidə sənaye məhsulu istehsalı 51,4 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında Şəki rayonunda faktiki qiymətlərlə 418 milyon 604,2 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artıb. Adambaşına faktiki qiymətlərlə 2207,8 manatlıq məhsul buraxılıb. Doqquz ayda rayonda faktiki qiymətlərlə 40 milyon 775,9 min manatlıq sənaye, 200 milyon 801,8 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. SİA-nın verdiyi məlumata görə, sənayedə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 51,4 faiz, kənd təsərrüfatında isə 4,2 faiz artıb. Hesabat dövründə rayonda əsas kapitala 52 milyon 241,8 min manatlıq investisiya yönəldilib. İnvestisiyanın 83,7 faizi və ya 43 milyon 739,3 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Doqquz ayda informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 2 milyon 185 min manat təşkil edib. Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 4,6 faiz artaraq 73 milyon 724,1 min manat olub.

Digər xəbərlər