PDF Oxu

İqtisadiyyat

  • 2 613

Azərbaycan neftinin qiyməti 87 dolları keçib

Azərbaycan neftinin qiyməti 87 dolları keçib

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.SİA "APA-Economics"in məlumatına istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,91 ABŞ dolları və ya 1,06 faiz artaraq 87,08 dollar təşkil edib.Qeyd edək ki, ötən həftə ərzində (25-29 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 87,04 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,63 dollar və ya 0,73 faiz çoxdur.Verilən məlumata görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 88,19 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 85,78 dollar səviyyəsində olub.

sia.az

Digər xəbərlər