PDF Oxu

İqtisadiyyat

  • 1 745

Azərbaycan və BƏƏ biznes missiyalarının təşkilinə dair müzakirələr aparıb

Azərbaycan və BƏƏ biznes missiyalarının təşkilinə dair müzakirələr aparıb

Abu Dabi Ticarət və Sənaye Palatasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov palatanın baş direktoru Mohammed Helal Al Mheiri və Birləşmiş Ərəb Əmirliklərinin Sahibkarlar Assosiasiyasının sədri Sanad Al Megbali ilə görüşüb. KOBİA-dan SİA-ya bildirilib ki, görüşdə əməkdaşlıq imkanlarına, hər iki ölkənin KOB-ları arasında əlaqələrin təşviqinə və birgə təşəbbüslərin reallaşdırılmasına, qarşılıqlı ticarət və biznes missiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər