“Bildiyimiz kimi Dövlət Büdcəsinin gəlir və xərc hissəsi var. Gəlir hissəsi 26,8 milyard, xərc hissəsi isə 29,8 milyarddır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.Onun sözlərinə görə, standart xərc hissələri var ki, dövlət qurumlarının saxlanılması, təhsil və elm xərcləri, hərbi xərclər və sosial xərclər buraya daxildir: “Xüsusilə sosial xərclərin çəkisi böyükdür. Hətta cənab Prezident İlham Əliyev bir müddət əvvəl Nazirlər Kabinetinə tapşırmışdır ki, 2022-ci ilin dövlət büdcəsi hazırlanarkən onun xərc hissəsində əmək haqlarının, pensiyaların, təqaüdlərin və digər ödənişlərin artırılmasını nəzərdə saxlasınlar. Ona görə də müəyyən vəsaitlər bu istiqamətdə xərclənəcək. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinin görülməsi, infrastrukturun bərpa edilməsi istiqamətində ciddi işlərin görüləcəyi planlaşdırılır. Dövlətinin əsas öhdəliyi işğaldan azad etdiyimiz ərazilərdə iqtisadi reinteqrasiyanın təmin edilməsi, yol infrastukturunun yaradılması, enerji təminatının həyata keçirilməsi, minaaxtarma işlərinin davam etdirilməsi, ümumiyyətlə bu istiqamətdə iqtisadi aktivliyin və bütün şaxəli infrastrukturun yaradılması məqsədilə əsasən dövlət investisiya layihələri bu ərazilərdə həyata keçirilir. Bu il də dövlət büdcəsinin xərc hissəsində məhz bu istiqamətdə görülən işlər əsas prioritet istiqamətlərdən olacaq”.
Arzu Qurbanzadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...