2021-ci ilin oktyabrında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib. SİA bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici sentyabr ayı ilə müqayisədə dəyişməz qalıb.
Qeyd olunub ki, oktyabr ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 168 faiz yerinə yetirib: "Okyabr və noyabr ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,64 və 0,65 milyon barel/sutka təşkil edir".
Qeyd edək ki, OPEC+ üzv ölkələrinin qəbul etdiyi qərara əsasən Azərbaycanın dekabr ayında neft hasilatının azaldılması üzrə öhdəliyi 64 min barel, gündəlik hasilat isə sutkada 7 min barel artırılaraq 654 min barel/sutka təşkil etməlidir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...