PDF Oxu

İqtisadiyyat

  • 2 768

Əlilliklə bağlı pensiyalar artımla veriləcək

image

Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaqdır. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir. SİA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Zəfər Avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətimizin sosial siyasətinin mərkəzində olub və onlara hər zaman diqqət qayğı göstərilib."Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çox saylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yaralanıb. Bu Zəfər yürüyüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn ildə davam etdiriləcək",-deyə o bildirib.H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlarımıza göstərilən sosial xidmətlərin bir sahəsidə onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu ildə 3 min vətəndaşımız fərdi evlər və mənzillərlə təmin olunacaqdır."Artıq 2 minə yaxın mənzil vətəndaşlarımıza təqdim edilib.Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünəməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib",-deyə o bildirib.

sia.az

Digər xəbərlər

Ölkədə "Healthtech Solutions KOB Klaster Şirkəti" MMC yaradılıb

Bakıda test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq

Yanacaq böhranı bütün iqtisadiyyata təsir göstərir...

Politico: Ukrayna hücumlarından sonra Putinin iqtisadiyyatı çətinlik çəkir...

Qırğızıstan Belarusdan yanacaq idxal etmək istəyir...

Ölkə əvvəllər yanacağın böyük hissəsini Rusiyadan alırdı...