PDF Oxu

İqtisadiyyat

  • 2 498

Lənkəranda abadlıq işləri davam etdirilir

image

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə, payız-qış mövsümünün başlanmasına baxmayaraq, Lənkəran şəhərində rayonun yaşayış məntəqələrində tikinti, təmir, abadlıq və quruculuq sahəsində işlər davam etdirilir.SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Lənkəran şəhərində sakinlərin piyada hərəkəti və gəzinti üçün daha çox istifadə etdiyi Qala Xiyabanında yararsız hala düşmüş travet listlər sökülərək yeni mərmər qarışıqlı beton plitələrlə əvəzlənir.Şəhərin M.Ə.Rəsulzadə, Hacı Nəsir, H.Z.Tağıyev və T.Abdullayev küçələrində səkilərə beton plitələr və bordürlər düzülür.Sakinlərin arzu və istəkləri nəzərə alınaraq mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı şəhərdə təmir-bərpa işləri də davam etdirilir.Bu məqsədlə şəhərdə Həzi Aslanov Xiyabanı küçəsi 1, Akademik Zərifə Əliyeva küçəsi 78/7, 78/22 və Şəhidlər Xiyabanı küçəsindəki 153 saylı ünvanlarda yerləşən çoxmənzilli yaşayış binalarının pilləkən qəfəsləri, fasadları təmir olunaraq rənglənir, blok pəncərələr və çıxış qapıları yenisi ilə əvəz olunur.Görülən işlər şəhər sakinləri tərəfindən razılıqla qarşılanıb.

sia.az

Digər xəbərlər

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

Zədələnmiş neft emalı zavodlarının bərpası altı aya qədər vaxt apara bilər...

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

Dövlət başçısı bu göstəricinin tarixi minimuma çevrildiyini vurğuladı...

İki fərqli şəkil...

Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?

İqtisadçı: Rusiyanın altı ayı qalıb...

Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...

Payız inflyasiyası rusiyalılara ağır zərbə vura bilər...

Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...