İqtisadiyyat

  • 1 254

Energetika Nazirliyində növbəti görüş olub - FOTO

image

Energetika Nazirliyi yanında yaradılmış İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib. Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə Energetika Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən nazirliyin son dövrlərdə gördüyü işlərdən bəhs edilib, xüsusilə bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib. Müzakirələr zamanı İctimai Şura üzvləri tərəfindən ictimaiyyəti maraqlandıran məsələlərə toxunulub, nazirliyin fəaliyyət istiqamətlərinə dair irəli sürülən rəy və təkliflər dinlənilərək ətraflı cavablandırılıb.

Digər xəbərlər