PDF Oxu

İqtisadiyyat

  • 1 536

Avropada qazın qiyməti 1450 DOLLARI KEÇIB

Avropada qazın qiyməti 1450 DOLLARI KEÇIB

Avropada qaz fyuçerslərinin qiymətləri çərşənbə axşamı demək olar ki, 8% artıb və oktyabrın 6-dan bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1450 dolları ötüb. SİA xəbər verir ki, bu barədə Londonun ICE birjası məlumat yayıb.

Forvard bazarında da qazın qiymətləri artmaqda davam edir. Yanvar fyuçerslərinin orta qiyməti ötən ay 960 dollar olub, indi isə eyni rəqəm 1155 dollara yüksəlib. Noyabrda bir spot üzrə orta qiymət demək olar ki, 950 dollara çatıb və indi eyni göstərici rekord həddə - 1130 dollara yaxındır. Ötən həftənin sonunda ICE Futures və Spot TTF-in qiymətləri min kubmetr üçün 1200 dollardan yuxarı olub.

Digər xəbərlər