PDF Oxu

İqtisadiyyat

  • 2 312

"Bu, iqtisadi planlamada ciddi problemlər yaradır" - İQTİSADÇI EKSPERT MÖVQE BİLDİRDİ

"Bu, iqtisadi planlamada ciddi problemlər yaradır" - İQTİSADÇI EKSPERT MÖVQE BİLDİRDİ

"2022-ci ildə Dunyanın iqtisadi və siyasi mənzərəsini proqnozlaşdırmaq əslində o qədər də asan məsələ deyil. Çünki 2022-ci ildə pandemiya ilə bağlı hansı yeni problemlərin yarana bilməsi aydın deyil. Çünki yeni virus ştamlarının yayılması da gündəmdədir. Növbəti ştamların çıxması və yaxud da bu pandemiyanın nə vaxtsa sona çatıb çatmayacağı hələ ki, müəmmalıdır. Bu, İqtisadi-siyasi planlaşdırmada ciddi problemlər yaradır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, qeyd edib ki, hələlik görünən odur ki, indiki trendlə getsək 2022-ci ilin əsas hadisələri dünya ölkələrində bəzi bu pandemiyadan dogan problemlərin həllinə yönəlik addımların atılması ilə yadda qala bilər. Söhbət ondan gedir ki, pandemiya həm infliyasyani sürətləndirdi, həm də tədarük zəncirlərinə zərər vurdu. Və bu böhranların yaranmasına səbəb oldu.

Natiq Cəfərli bu barədə fikirlərini belə izah edib: "22-ci ildə bu böhranların aradan qaldırılması mexanizmləri işlənib hazirlanmazsa həmin ildə də böhranların dərinləşməsinin şahidi olacağıq. Siyasi səhnədə isə daha çox Qərb-Rusiya Qərb-Çin qarşıdurmalarının artması gözlənilir. Təəssüf ki, hər iki istiqamətdə gərginlik davam edir və əsasən də Rusiya ilə Qərb arasında gərginliyin bizim bölgəmizə, Qafqaz bölgəsinə, bizim regionumuza da təsirləri var. İstər-istəməz bu gərginlikdən Azərbaycan, Cənubi Qafqaz da müəyyən dərəcədə öz nəsibini ala bilər.

Yəni bu gərginlik artdiqca toqquşmalar ehtimali arta bilər Qərblə Rusiyanın yanımızda belə bir toqquşmasının olması ciddi fəsadlar törədə bilər

Ona görə də 2022-ci ilin mənzərəsi açığı bir neçə paramtrlərə bagli olacaq.

Azərbaycana gəldikdə Azərbaycanla bagli əsas gözləntilər ondan ibarətdir ki, gələn il işğaldan azad olmuş torpaqların bərpasında işlərin sürətlənməsinə ehtiyac var. İqtisadiyyatda olan problemlərin həlli ilə bağlı daha dərin islahatlara ehtiyac var. İdarəetmə ilə də bağlı və iqtisadi məsələlərlə də bağlı və mənim şəxsən ən böyük gözləntilərimdən biri budur ki, nəhayət 2022-ci ildə Konstitusiya dəyişiklikləri ilə bağlı yəqin ki, referendumun elan olunmasi olsa cox yaxsi olardi. Yəni idarəetmənin təkmilləşdirilməsi islahatların dərinləşdirilməsi yolunda bir konstitusion islahatların olmasına da məncə ehtiyac yaranıb".

Digər xəbərlər