“Minimum əmək haqqı və bir sıra sektorlarda çalışan vətəndaşlarımızın əmək haqqlarının artırılması birmənalı şəkildə ondan xəbər verir ki, artıq elan edilən sosial paket növbəti aydan etibarən icra olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artıq yanvar ayının 1-dən etibarən minimmum əmək haqqı və bir sıra kateqoriyalarda, xüsusən də dövlət büdcəsi ilə maliyyələn işçilərin əmək haqlarının artmasını müşahidə edəcəyik: “Minimum əmək haqqınım artırılması olduqca vacibdir. Xüsusən də sosial baxımdan həssas hesab edilən vətəndaşlarının sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Məsələ 8 mindən artıq vətəndaşımızı əhatə edəcək qərardan ibarətdir. Bu təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardan biridir. Minimum əmək haqqındakı artım növbəti illərdə də davam edəcək. Bütövlükdə əmək haqqı artımlarının həyata keçirilməsi sosial paketə uyğun olaraq vətəndaşlarımızın sosial təminatının daha gücləndirilməsi məqsədini daşıyır. Sosial paket 2 milyondan artıq vətəndaşımızı əhatə edəcək. 2022-ci ilin dövlət büdcəsinin 46,4%-i birbaşa sosial istiqamətə yönələcək. Bu da ondan xəbər verir ki, 2022-ci il sosial təminatın gücləndirilməsi baxımından fərqlənən illərdən olacaq”.
Arzu Qurbanzadə
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...