PDF Oxu

İqtisadiyyat

  • 2 457

“Prezidentin sərəncamları sosial rifatın qorunmasına və gücləndirilməsinə yönəlmişdir” -MÜNASİBƏT BİLDİRİLDİ

“Prezidentin sərəncamları sosial rifatın qorunmasına və gücləndirilməsinə yönəlmişdir” -MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezidentin 17 dekabr 2021-ci il imzaladığı hər iki sərəncam vətəndaşlarımızın sosial rifahının qorunmasına və güclənməsinə yönəlmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, minumum əməkhaqqının 250 manatdan 300 manata qaldırılması həm dövlət büdcəsi sektorunda, həm də özəl sektorda çalışan vətəndaşlarımızın əməkhaqqının artmasına səbəb olacaqdır: “Dövlət büdcəsi sektorunda çalışan 700 minə yaxın, özəl sektorda çalışan 400 mindən çox insanın əməkhaqları vahid tarif cədvəlinə uyğun olaraq artırılacaqdır. Görünən odur ki, ən az əməkhaqqı artımı 20 faiz olacaq. Digərləri isə vahid tarif cədvəlinin dərəcələrinə uyğun olaraq arta bilər.

Digər bir sərəncamla təhsil sahəsində çalışan eləcə də dövlət büdcəsi ilə maliyyələşən bəzi təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılmışdır və bu işçilərin sosial müdafiəsinin təmin olunmasına 20-40 faiz arasında əməkhaqlarının artırılması şəklində özünü göstərəcəkdir. Çox güman ki, cənab Prezident İlham Əliyevin bundan sonra da belə sərəncamları olacaq, çünki biz dövlət büdcəsini qəbul edərkən cənab Prezidentin tövsiyyəsi ilə bütün kateqoriyadan olan vətəndaşlarımızın əməkhaqlarının, pensiyaların sosial müavinət və təqaüdlərin artırılması nəzərdə tutulmuşdur. Eyni zamanda onu da qeyd edim ki, artıq Milli Məclisə minumum pensiyanın artırılması ilə bağlı qanun layihəsi daxil olmuşdur. Güman ki, gələn həftə o məsələ də müzakirəyə çıxarılacaq və cənab Prezidentin təşəbbüsü ilə pensiyanın minumum həddi 200 manatdan 240 manata qaldırılacaqdır. Ümumilikdə gələn il əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə büdcədən əlavə 1 milyard 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2 milyondan çox vətəndaşımızın sosial müdafiəsinin güclənsirilməsinə səbəb olacaqdır”.

Digər xəbərlər