PDF Oxu

İqtisadiyyat

  • 3 815

Avropada qazın qiyməti 2150 DOLLARI KEÇİB

Avropada qazın qiyməti 2150 DOLLARI KEÇİB

Tarixdə ilk dəfə olaraq Avropada qazın qiyməti min kubmetr üçün 2150 dolları ötüb. SİA xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatında qeyd olunur.

Məlumatda həmçinin nəzərə çatdırılır ki, ticarət sessiyasının açılışında TTF indeksi üzrə yanvar fyuçerslərinin dəyəri 1800 dollar civarında olub. Gün ərzində dalğalanmalar müşahidə olunub, göstəricilər bir neçə tarixi rekordu yeniləyib. Moskva vaxtı ilə saat 18:04-də qiymətlər 2187 dollara çatıb ki, bu da bir gün öncəki hesablamadan 27% çoxdur.

Qeyd edək ki, bu il yazın ikinci yarısından etibarən qazın qiymətləri tədricən artmağa başlayıb, lakin payızın əvvəlində kotirovkalar kəskin surətdə rekord səviyyəyə qalxıb.

Xatırladaq ki, ekspertlər kəskin sıçrayışları, Avropanın yeraltı anbarlarının aşağı doluluq dərəcəsi, əsas təchizatçılardan təklifin azalması və Asiyada LNG-yə yüksək tələbat olmaqla bir neçə amilin təsiri ilə əlaqələndiriblər. Payızda o da məlum olub ki, “Şimal axını 2”-nin tikintisi başa çatıb, lakin boru kəməri operatorunun sertifikatlaşdırılması ləngiyir ki, bu da müqavilələrə təsir edir.

Digər xəbərlər