Almaniyada yeddi enerji şirkəti oktyabr ayından qaz qiymətlərinin artması səbəbindən fəaliyyətini dayandırıb və qismən müflis olub. SİA xəbər verir ki, bu barədə “Focus” nəşri cümə günü məlumat yayıb.
“Elektrik enerjisi təchizatçısı Stromio bu siyahıda yeddinci şirkət olub və tədarükün kəsilməsinin səbəbi bazarlarda qazın yüksək qiymətləri ilə bağlıdır. Bununla belə, istehlakçılar elektrik enerjisinin kəsilməsindən qorxmamalıdırlar. Operatorlardan birinin sıradan çıxması halında, onun müştəriləri, qanuna uyğun olaraq, regionda ən böyük müştəri bazası olan şirkətin hesabına təmin ediləcək”, deyə nəşr yazır.
Focus-un istinad etdiyi Federal Şəbəkə Agentliyinin məlumatına görə, bu ilin əvvəlindən 38 enerji şirkəti tədarükün başa çatdığını elan edib, onlardan 12-si artıq fəaliyyətini dayandırıb, qalanları isə dekabrın 31-dək fəaliyyətini başa çatdırmağı planlaşdırırlar.
Xatırladaq ki, Almaniyada istehlakçılar üçün qaz və elektrik enerjisinin qiymətləri 2021-ci ildə müvafiq olaraq orta hesabla 18,4% və 46,6% artıb və Handelsblatt qəzeti Verivox istehlakçı portalının hesablamalarına istinadən yazır ki, gələn il də qiymətlərin artacağı gözlənilir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...