PDF Oxu

İqtisadiyyat

  • 3 202

Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrıldı - SƏRƏNCAM

Milli Televiziya və Radio Şurasına 4 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, sərəncamda deyilir:

- Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki ilə və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 4,0 (dörd) milyon manat ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Digər xəbərlər