PDF Oxu

İqtisadiyyat

  • 2 501

Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlanıb

Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin sayı açıqlanıb

Qeyri–iş günlərində ümumilikdə 21 400-dən çox sərnişin Bakı-Sumqayıt qatarından istifadə edib.SİA-nın məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.Məlumata görə, bayram günlərində Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun işləyib. Qeyri–iş günlərində Bakı-Sumqayıt qatarları ilə gün ərzində təqribən 3 500 -5 000 arası sərnişin daşınıb.Adi günlərdə Bakı-Sumqayıt qatarları ilə gün ərzində 14 000-16 000 arası sərnişin daşınır.Qeyd edək ki, ölkədə Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayıb. 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramı qeyd olunub. Bu il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilərək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü elan edilmişdir.

sia.az

Digər xəbərlər