PDF Oxu

İqtisadiyyat

  • 2 598

Bahalaşmaya səbəb dünyada buğda istehsalının azalmasıdır - DEPUTAT ŞƏRH ETDİ

Bahalaşmaya səbəb dünyada buğda istehsalının azalmasıdır - DEPUTAT ŞƏRH ETDİ

“2021-ci ildə dünyada taxıl yığımında kəskin azalmalar baş verdi, qlobala istiləşmə və suvarma suyu ilə təminatda yaranmış bir sıra çətinliklər, o cümlədən də ağır pandemiyadan sonra qlobal səviyyədə yanacaq, nəqliyyat və tranzit xərclərinin artması nəticəsində dünyada taxıl və dənli bitkilərin istehsalında kəskin azalmalar baş verdi. Dünya üzrə buğda istehsalı 45-60 milyon azaldı. Eyni zamanda, taxıl istehsal edən ölkələrin öz xərcləri artdı. Buna görə də, 2021-ci ilin avqust ayının sonlarından başlayaraq bir çox ölkələr taxılın ixrac qiymətini artırdı, eyni zamanda, ixraca əlavə gömrük rüsumları tətbiq etdi. Bu isə 2021-ci ilin payız mövsümündən etibarən dünyada buğda idxal edən ölkələrdə daxili bazarda qiymətlərin artmasına səbəb oldu. Azərbaycan hökuməti isə ötən ilin 4-5 ayı ərzində qlobal bahalaşmaya baxmayaraq, daxili bazarda qiymətlərin sabitliyini təmin etdi. Hökumət həm xərcləri öz üzərinə götürməklə, həm də çörəkbişirmə sənayesinin gəlirlərinə mənfi təsirlərin qarşısını almaqla unun və çörəyin qiymətinin bahalaşmağa imkan vermədi. Liberal bazar elə bir sistemdir ki, açıq bazar qiymətlərini dövlət müdaxiləsi ilə qorumaq mümkün deyildir. Ölkəmizdə çörəkbişirmə sənayesi neçə illərdir ki, liberallaşıb, bununla yanaşı, dövlət vətəndaşların mənafeyini nəzərə alaraq un tədarükçülərini vergi güzəştləri və digər dəstək tədbirləri ilə qiymətlərin real bazar dəyərindən aşağı olmasını qoruyur”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.Deputat qeyd edib ki, son bir il ərzində dünyada buğdanın qiyməti 30 faizdən çox bahalaşıb. “2020-ci ilin avqust ayında bir ton buğdanın dünya bazar ixrac qiyməti 188-238 dollar arasında olmuşdursa, hazırda qiymətlər 265 dollardır. Bu, 2017-ci ildən bəri ən yüksək göstəricisidir. Hazırda dünyanın ən iri taxıl istehsalçılarının ixrac həcmlərini həm azalır. Dünyada ən iri taxıl ixracatşıları olan ABŞ, Kanada, Rusiya, Qazaxıstan və digər ölkələr ixrac kvotlarını 10 faiz azaldıb, həmçinin, Avropanın iri ixracatçı ölkələrindən Avstraliya, Macarıstan, Fransa, Rumıniya və digərləri də ixrac kvotalarında və ticarət prosedurlarında yeni rejimlər tətbiq edibdir. Nəticədə buğdanın dünya bazar qiyməti xeyli bahalaşır. Reallıq budur ki, dünya miqyasında buğdanın satış qiymətlərinə əlavə rüsumların tətbiqi qlobal səviyyədə çörəyin də bahalaşmasına səbəb olur.Millət vəkilinin sözlərinə görə, hazırda dünya ölkələrinin böyük əksəriyyətinin buğda ilə özünütəminetmə səviyyəsi birbaşa idxaldan asılıdır: “Təxminən dünyanın 30-35 faiz ölkəsi özünün buğda tələbatını yerli istehsal hesabına ödəyir. Digər dünya ölkələri yəni 60 faizi isə, tələbatı idxal hesabına ödəməyə məcburdur”.A.Hüseynov bildirib ki, Azərbaycanın buğda tələbatı təxminən 3,1 milyon tondur: “Ölkəmizdə istehsal olunan buğdanın illik həcmi təxminən 1,9 milyon tondur. İdxal isə 1,3 min tona yaxındır. Azərbaycan buğda ilə özünü orta hesabla 59.5% səviyyəsində təmin edir. Buğda ehtiyatlarının təxminən 2.400 min tonu ərzaq məhsullarının (un və yarma) istehsalı, 510 min tonu isə yem tələbatını ödəmək üçün istifadə olunubdur. Azərbaycan ərzaq buğdası ilə özünütəmin etmə səviyyəsi orta hesabla 59.5% təşkil edir, təlabatın təxminən 40-45 faizini idxal hesabına ödəyir. Ölkəmizdə dövlətin xüsusi dəstək tədbirləri, o cümlədən subsidiyaların verilməsinə baxmayaraq, keyfiyyətli buğda yetişdirmək və daxili təlabatı təmin etmək mümkün olmur. Bunun əsas səbəblərindən biri taxıl əkini üçün torpaqların münbitliyinin az, eyni zamanda, Azərbaycanda istehsal edilən buğdanın aşağı keyfiyyətli, böyük bir hissəsinin ərzaq üçün yararsız olmasıdır. Bu səbəbdən ölkə özünü taxılla tam təmin edə bilmir. Azərbaycanın buğda idxal etdiyi əsas ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır. Azərbaycan Hökuməti tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir ki, taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində qiymətlərin qalxmasının ən azı 18 faiz qarşısı alınır. Nəticədə, beynəlxalq bazarlarda baş verən proseslərin daxili bazara kəskin təsirləri azaldılır. Ancaq dövlətin azad bazar iqtisadiyyatı şəraitində birbaşa qiymətlərə müdaxiləsi düzgün hesab edilə bilməz, qiymətləri bazar özü müəyyənləşdirir”.

sia.az

Digər xəbərlər