“Elektrik mühərriki ilə işləyən avtomobillərə üstünlük verilməsi və bunun səbəblərinə gəldikdə burada bir neçə amili göstərmək olar”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
.jpg)
O, qeyd edib ki, bunları qruplaşdırdıqda əsas iki istiqamətdə formalaşdırmaq olar. “Bunlardan birincisi ekoloji cəhətdən daha təmiz, ətraf mühiti çirkləndirməyən, ekologiya üçün daha sərfəli olan yanaşmaların tətbiqidir. Təsəvvür edin ki, 1997-ci ildə Yaponiyanın Kioto şəhərində Kioto protokolu imzalanmışdı. Hələ o zamanlarda dünyanın aparıcı ölkələri havada olan karbon qazının azaldılması, daxili yanma mühərriklərindən istifadə, zərərli tullantıların həcminin azaldılması və s. kimi bir sıra öhdəliklər götürülmüş, sənayedə müəyyən inqilablar etməklə zərərli tullantıların qarşısının azaldılması kimi məqsədlər qarşıya qoymuşdur. Lakin 8 il müddətində burada ciddi bir addım atılmamış, təxminən 2005-ci ildən sonra müəyyən standartlar daha sürətlə inkişaf etməyə başlamış və bugünkü avtostandartlar da məhz o dönəmdən qaynaqlanan proseslərin nəticəsidir. Bu gün bu proseslər ardıcıl olaraq inkişaf edərək artıq daxili yanma mühərriklərinə üstünlük verilməsi dünyanın aparıcı ölkələrində vüsət almışdır.
Qeyd etdiyim kimi əsas məqsəd atmosferə zərərli tullantıların atılmasının qarşısının alınması idi. Digər bir səbəb isə iqtisadi məsələlərdir. Bilirik ki, iqtisadi yanaşmalar ən strateji məsələdir, yəni ekoloji yanaşmadan daha üst səviyyədə duran maddi maraqlar dünyada ölkələrin, şirkətlərin və kooperasiyaların öz strategiyasını formalaşdırarkən iqtisadi maraqlar çox üst səviyyədə dayanır. Hazırda neft qiymətlərinin yüksək olması nəticə etibarı ilə daxiliyanma mühərriklərindən imtina edilərək elektrik mühərriklərinə üstünlüyün verilməsinə gətirib çıxarmışdır. Bunun daha ucuz başa gəlməsi və iqtisadi cəhətdən daha mənfəətli olması üçün elmi araşdırmalar davam edir. Mövcud elmi yanaşmaların nəticələri hazırda avtomobil sənayesində tətbiq edilir və günü-gündən də bu istiqamətdə yeniliklər əldə olunur, beləliklə genişlənmənin şahidi oluruq. Nəticə etibarı ilə hər ölkənin özünəməxsus strategiyası var ki, hər biri öz qarşısına 5, 10, 15 il kimi bir zamanlar qoymuşdur ki, həmin illər ərzində avtomobil parkının müəyyən hissəsi tədricən daxiliyanma mühərriklərindən qurtararaq elektriklə işləyən avtomobillərin təşkil etməsi hədəflənir. Hazırda neft qiymətlərinin də yuxarı səviyyədə olması məhz bu məsələni daha da aktivləşdirir. Bilirik ki, neftin qiymətindən asılı olaraq benzinin qiymətini formalaşdırırıq, daxiliyanma mühərrikləri benzinlə işləyir. Bu da baha başa gəlir, xərclər çoxdur. Başqa sözlə desək karbohidrogen ehtiyatlarının qiymətinin yuxarı səviyyədə olması, alternativ enerjiyə üstünlük verənlərin fəaliyyətini stimullaşdırır.
Əgər bu gün neftin qiyməti 15-20 dollara düşərsə düşünürəm ki, bu, mühərriklə işləyən avtomobillərin istehsal sürətini azaltmış olacaqdır. Çünki artıq burada iqtisadi maraq yox olacaq, ekoloji maraq qalacaq. Lakin həm ekologiyanın qorunması, eyni zamanda neftin baha olması, həm iqtisadi, həm də ekoloji olaraq bu istiqamətdə daha ciddi addımların atılmasını tələb edir”.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...