PDF Oxu

İqtisadiyyat

  • 3 392

Beyləqanda bu günədək 24 min 800 tondan çox pambıq tədarük edilib

Beyləqanda bu günədək 24 min 800 tondan çox pambıq tədarük edilib

Beyləqan rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir. İndiyədək qəbul məntəqələrinə 24 min 809,25 ton “ağ qızıl” təhvil verilib.SİA xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2021-ci ildə rayonda 8629,5 hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 4469,5 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3320 hektarı “Azərpambıq” MMC, 840 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında aparılıb. Beyləqan pambıqçıları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulu son qozasınadək yığılması üçün səylə çalışırlar.Qeyd edək ki, 2020-ci ildə Beyləqan rayonunda 8743,7 hektar sahədə pambıq əkilib, 31049,4 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,51 sentner olub.

sia.az

Digər xəbərlər