Azərbaycan Qazaxıstan istiqamətində avtomobil nəqliyyatı ilə yük daşımalarını davam etdirir.SİA-nın məlumatına görə, Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər.Eyni zamanda, Azərbaycan tərəfi də Qazaxıstandan quru yolla nəql olunan yüklərin qəbulunu davam etdirir."Dövlət xidməti sürücüləri Qazaxıstandakı vəziyyətlə bağlı məlumatlandırıb və ölkədəki hadisələri izləməkdə davam edir", - deyə Xidmətdən bildiriblər.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...