Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə yüksək qiymətlər və inflyasiya probleminin ən qısa zamanda həll ediləcəyini bildirib. SİA xəbər verir ki, bu barədə Türkiyə lideri Konya-Karaman sürətli qatar xəttinin açılış mərasimində çıxışı zamanı deyib.
Türkiyədə inflyasiya dekabrda 13,58 faiz artaraq 2021-ci ildə türk lirəsindəki dalğalanmalar fonunda 36,08 faiz təşkil edib.
"Yüksək qiymət, faiz və inflyasiya problemi vətəndaşımızı narahat edir. Ən qısa zamanda bu problem də öz həllini tapacaq, çünki məzənnə probleminin həlli yolu tapılıb", deyə Ərdoğan çıxışı zamanı bildirib.
Qeyd edək ki, Türkiyənin maliyyə sistemi milli valyutanın ucuzlaşması səbəbindən çətin günlər yaşayır. Mərkəzi bankın uçot dərəcəsini ardıcıl olaraq bir neçə dəfə endirməsindən sonra o, kəskin surətdə sürətlənib. Dekabrın 20-də dolların məzənnəsi rekord həddə - 18,4 lirəyə çatıb, halbuki ötən ilin yanvarında 7,4 lirə olub. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məzənnənin dəyişkənliyinə qarşı yeni tədbirlərlə bağlı bəyanatlarından sonra dekabrın sonunda lirə kəskin bahalaşıb.
Xatırladaq ki, Türkiyə prezidenti uçot dərəcəsinin aşağı salınmasının tərəfdarıdır və bunun inflyasiyanın aşağı düşməsinə səbəb olacağını müdafiə edir. O, 2019-cu ilin iyulundan üç dəfə mərkəzi bankın rəhbərini, 2021-ci ilin noyabrından isə iki dəfə - maliyyə nazirini dəyişib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...