CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 86,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel çoxdur.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel çoxdur.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,31 dollar/barel çoxdur.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,4 dollar/barel çoxdur.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...