"Dünyada son il yarım-iki il ərzində bu pandemiya ilə paralel olaraq ərzaq qiymətlərinin bahalaşması, ərzaq indeksiyasının dünya üzrə yüksəlməsinin şahidi olduq. Hətta son 30 ilin ən yüksək göstəriciləri özünü göstərdi. Bəzi ərzaq məhsulları üzrə indeksin artması, yəni qiymətlərin qalxması artıq 50 faizi də keçib. Ümumilikdə isə ərzaq indeksinin artması son bir il üçün 30 faizdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert qeyd edib ki, bu, bəzi ölkələrin öz ərzaq təhlükəsizliyini təmin etmək üçün daha çox və daha tez hərəkətə keçmnəsinə səbəb olur. Məsələn bəzi ölkələr öz istehsal etdikləri ərzaq məhsullarının ixracatının qarşısını almaq üçün rüsumları artırlar. Məsələn, Rusiya taxılın ixrac rüsumunu 25 avrodan 50 avroya qaldırdı ki, bu daxili istehlak üçün istifadə olunsun. Çin isə daim bu hadisələrdən öz əhalisinin 1.5 milyard olduğunu da nəzərə alaraq daha tez zərər görəcəyini düşünürək əlində olan vəsaiti ərzaq bazarında istifadə etməyə və stoklar yığmağa, yəni anbarlara əsasən əmtəəlik buğda , qarğıdalı, arpa və bu tipli daha strateji məhsulların alınmasına sərf edir. Bu dünyada qıtlıq yarada bilərmi? Mən belə bir şey düşünmürəm.
Natiq Cəfərli bu barədə fikirlərini belə izah edib: "Bir tərəfdən ona görə düşünmürəm ki, Çin artıq öz anbarlarını doldurandan sonra alım həcmi azalacaq. Alım həcmi azalacaqsa, deməli, dünyada daha çox satım həcmi olacaq. Bu nöqteyi nəzərdən qıtlığın olacağını düşünmürəm, amma qiymətlərin artımı yüksələ bilər. Yəni qiymətlər daha böyük templə arta bilər. Beləliklə ərzaq infliyasiyasının artacağı artıq görünür. Hətta, ABŞ-da 82-ci ildən bəri ən böyük ərzaq infiliyasiyası qeydə alındı. Bu onu deməyə əsas verir ki, strateji məsulları olan ərzaq məhsullarının qiymətlərinin artması gözlənilir. Bunun bir tərəfi də Azərbaycana aiddir. Çünki biz xarici ərzaq məhsullarından təqribən 50 faiz asılıyıq. Bu da növbəti bahalaşma dalğalarına səbəb ola bilər".
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...