İqtisadiyyat

  • 1 072

Azərbaycan iqtisadiyyatı bu il 4 faiz artacaq

image

Azərbaycan iqtisadiyyatı bu il 4%, 2023-cü ildə isə 4,1 faiz artacaq.SİA-nın məlumatına görə, bu barədə BMT-nin "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri" adlı hesabatında bildirilir.Hesablamalara görə, Azərbaycanda 2021-ci ildə real ÜDM-nin artım tempi 4,9 faiz təşkil etməlidir.Qeyd edək ki, son məlumatlara görə, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda real ÜDM illik müqayisədə 5,3 faiz artıb. Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə son proqnozunun əsas ssenarisinə görə (neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları), 2021-ci ildə Azərbaycanda real ÜDM 5,1 faiz artmalıdır.

sia.az

Digər xəbərlər