Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilir:
Aylıq vəzifə maaşının məbləği (manatla)
1. Ali kateqoriya dövlət orqanlarında 370
2. 1-ci kateqoriya dövlət orqanlarında 355
3. 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335
4. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315
Həmin işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
sia.az
Bir mədən dünya rekordu qıra bilər...
Rusiyanın neft emalı sənayesinin sistemli böhrana nə qədər vaxtı var?
Ekspert 1998-ci il defoltundan daha pis bir böhran proqnozlaşdırdı...
Mütəxəssislər bu payız qiymətlərlə nə baş verəcəyini proqnozlaşdırırlar...
Neftayırma zavodlarını qorumaq üçün yanacaqdoldurma məntəqələrinin qiymətlərinin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala hakimiyyət orqanları belə cavab verib...
Çinli tərəfdaşlar bu prosesi fəal şəkildə asanlaşdırırlar...