PDF Oxu

İqtisadiyyat

  • 3 849

Azərbaycan nefti ucuzlaşır

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 31-də 94,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,46 dollar/barel azdır.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 92,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel azdır.

sia.az

Digər xəbərlər