PDF Oxu

İqtisadiyyat

  • 2 459

Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir

Palçıq vulkanlarına yeni avtomobil yolu inşa edilir

Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edir.SİA xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.Bildirilir ki, yeni yol 3-cü texniki dərəcəyə uyğun inşa olunur. Onun uzunluğu 21 km təşkil edəcək. Torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni 8 metrdir.Görülən işlər çərçivəsində torpaq yatağı və yol əsası inşa edilib, suötürücü borular yenilənib.Hazırda yol boyu yeni asfalt-bet¬on örtüyünün döşənməsi, yol çiyinlərinin tikintisi işləri icra olunur. Yol nişanları, siqnal dirəkləri quraşdırılır.Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.Qeyd edək ki, ölkəmizdəki palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb.2021-ci ilin 4 iyununda Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Azərbaycanda təxminən 350 palçıq vulkanı mövcuddur.

sia.az

Digər xəbərlər