CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 15-də 97,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,21 dollar/barel azdır.Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 90 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 97,66 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel azdır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...