Avropa Avtomobil Konstruktorları Assosiasiyası yanvar ayında markalar üzrə təzə avtomobil satışlarının statistikasını yayıb.
SİA-nın xəbərinə görə, Avropanın bütün istehsalçılarının satışları geriləyib. “Volkswagen” qrupunun satışları ay ərzində 7 faiz azalıb. Onun rəqibi “Stellantis”də geriləmə daha ciddidir: 15,1 faiz.
“Renault” qrupunun ən çox satılan modeli “Dacia”nın satışında azalma 16%-ə çatır.
Alman istehsalçılara gəlincə, “BMW”nin satışları 9,2 faiz, onun rəqibi “Mercedes”in satışları 13,8 faizazalıb.
Avropalı istehsalçıların tənəzzülü fonunda asiyalı istehsalçıların satışlarında davamlı artım müşahidə olunur. “Toyota”nın satışları 9,7 faiz, Hyundai-Kia qrupunun satışları isə 28,7 faiz artıb.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...