Dünya Bankının prezidenti David Malpass Ukraynaya təcili dəstək təmin etməyə hazır olduqlarını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, David Malpass mövzu ilə əlaqəli açıqlamasında: “Dünya Bankı Qrupu Ukraynada cərəyan edən prosesləri, məhz insan tələfatını və zorakılıqları yaxından izləyir təəssüflə qarşılayır. Belə həssa dövrdə köklü tərəfdaş olan Ukraynaya hər cür yardıma hazırdır”-deyə bildirib
Dünya Bankı Qrupu nəzdində koordinasiyanı sürətləndirmək üçün Qlobal Böhran Risk Platformasını aktivləşdirdiyini ifadə edən David Malpass, Ukraynada baş verən dağıdıcı hadisələrin ağır iqtisadi və sosial təsirləri olacağının idrakkında olduqlarını, bunu qiymətləndirmək üçün Beynəlxalq Valyuta Fondu (BVF) ilə sıx əməkdaşlıq etdiklərini qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenskiyə Dünya Bankı Qrupunun Ukrayna və region xalqına güclü dəstəyini çatdırdığını qeyd edən Devid Malpass Ukraynaya təcili dəstək verməyə hazır olduqlarını və bu dəstək üçün variantları, o cümlədən sürətli ödənişli maliyyələşdirmə planını hazırladıqlarını sözlərinə əlavə edib.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...